Gürcüstanın paytaxtı Tbilisidə bazarda baş verən güclü yanğın söndürülüb.
Liderxeber.az bu barədə "Sputnik" Gürcüstana istinadən xəbər verib.
Məlumata əsasən, yanğın təxminən 14 min kvadratmetr ərazini əhatə edib.
Səhər tezdən başlayan yanğın meyvə, tərəvəz və geyimlərin saxlandığı anbarları əhatə edib. Xəsarət alanların olmadığı bildirilir. Yanğının səbəbi hələlik məlum deyil.
Tbilisidə metronun "Vağzal meydanı" stansiyası yaxınlığında yerləşən bazarda güclü yanğın başlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Qeyd olunur ki, hadisə yerinə yanğınsöndürənlər cəlb ediliblər, hələlik alovun qarşısını almaq mümkün olmayıb.
Xəsarət alanlar barədə hələlik məlumat verilmir.