Вернуться назад Распечатать

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsünü dəstəkləyib

ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tuskun Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatını özəl olaraq dəstəkləyib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat verib.

Agentliyin mənbəsinin sözlərinə görə, Tramp Avropa İttifaqı (Aİ) liderlərinin bəyanatı ilə razılaşıb və lazım gələrsə, sanksiyalarla bağlı təzyiq məsələsində onlara dəstək verəcəyini açıqlayıb.

Xatırladaq ki, Aİ liderləri mayın 10-da Kiyevə gediblər. Koalisiyanın iclasında onlar Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər və Moskvanı daha sərt məhdudiyyətlərlə hədələyiblər.