Вернуться назад Распечатать

Ukrayna ilə Rusiya arasında ən böyük əsir mübadiləsi ola bilər

Gələn həftə Ukrayna ilə Rusiya arasında hərbi əsir mübadiləsi baş tuta bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov TSN-ə açıqlama verib.

Onun sözlərinə görə, mübadilənin mindən minə başlanması gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan iki ölkə arasındakı ən böyük əsir mübadiləsi olacaq.