Вернуться назад Распечатать

Şimali Koreya Yapon dənizinə doğru qanadlı raket atıb

Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat verib.

Məlumata görə, buraxılış Hamqyon-Namdo əyalətindən yerli vaxtla saat 9 radələrində (Bakı vaxtı ilə saat 4:00) həyata keçirilib. Mərmilərin dənizə düşdüyü güman edilir.

Cənubi Koreya hərbçiləri raketin buraxılışına hazırlığın getdiyini gördüklərini və buna hazırlaşdıqlarını bildiriblər. Onlar ABŞ ilə məlumat mübadiləsi aparırlar.

Qeyd edək ki, daha əvvəl Şimali Koreya mayın 8-də qısamənzilli ballistik raket buraxmışdı.