Вернуться назад Распечатать

Tramp Avropa İttifaqına 50%-lik rüsum tətbiq etmək istəyir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa İttifaqı ilə ticarət danışıqlarının mürəkkəbliyi səbəbindən iyunun 1-dən ittifaqa qarşı 50%-lik rüsumların tətbiqini tövsiyə edir.

Liderxeber.az xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

"Onlarla apardığımız müzakirələr heç bir nəticə vermir! Ona görə də 2025-ci il iyunun 1-dən Avropa İttifaqı üçün 50%-lik birbaşa tariflərin tətbiqini tövsiyə edirəm", - Tramp qeyd edib.