ABŞ Maliyyə Nazirliyi Suriya ilə bağlı əvvəllər qadağan edilmiş əməliyyatların rəsmi olaraq həyata keçirilməsinə icazə verən ümumi lisenziya buraxıb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında dərc edilib.
Məlumatda qeyd olunur ki, "Syrian Air" aviaşirkəti, "Sytrol" neft şirkəti, Suriya Mərkəzi Bankı, Suriyanın bir neçə neft-qaz şirkəti və digər təşkilatlar sanksiyalardan azad edilib.
Bundan əlavə, Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa və Suriyanın daxili işlər naziri Ənəs Həsən Xəttaba qarşı olan sanksiyalar da ləğv edilib.