Вернуться назад Распечатать

Türkiyədə dəhşətli qəza: Azərbaycan nömrəli avtomobil aşdı, ölən və yaralananlar var

Türkiyənin Iğdır vilayətində, Taşburun yolunda avtomobil qəzası baş verib, Azərbaycan nömrəli avtomobil aşıb.

Bu barədə Liderxeber.az İHA-ya istinadən xəbər verir.

Məlumata görə, qəza zamanı beş Azərbaycan vətəndaşı yaralanıb və yaralananlardan biri hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə xilasetmə və jandarma qrupları göndərilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra İğdır Dövlət Xəstəxanasına aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.