Вернуться назад Распечатать

İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib

İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei İsrailin endirdiyi hava zərbələri nəticəsində ölən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin yerinə təyinatlar həyata keçirib.

Liderxeber.az xəbər verir ki, Həbibullah Səyyari ordunun müvəqqəti qərargah rəisi, Əhməd Vahidi isə “SEPAH”ın baş komandanı təyin edilib.