İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının hərbi qulluqçuları İsrailin vurulan qırıcısının pilotunu əsir götürüblər.
Liderxeber.az bu barədə "Nournews" agentliyinə istinadla xəbər verir.
Daha əvvəl verilən məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri İsrail Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısını vurub.
İsrail ordusu hələlik bu məlumatı şərh etməyib.
İranın hava hücumundan müdafiə vasitələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus daha bir "F-35" qırıcısını vurub.
Liderxeber.az bu barədə IRIB dövlət teleradio şirkətinə istinadla xəbər verir.
Məlumata görə, pilot katapult edib, onun taleyi hələlik məlum deyil. Qırıcı təyyarənin İranın qərbində vurulduğu bildirilir.
Xatırladaq ki, iyunun 13-də İran ordusu İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki "F-35" qırıcısını məhv etdiyi barədə məlumat yaymışdı. İsrail isə Tehranın iddiasını təkzib edərək, onu saxta xəbər adlandırmışdı.
İranın "Arash" tipli kamikadze dronları İsrail ərazisində bir sıra hədəfləri vurub.
Liderxeber.az-ın məlumatına görə, bu barədə "Nour News" agentliyi məlumat yayıb.
Daha əvvəl İsrail ordusu İran PUA-larının aşkarlanması səbəbindən yəhudi dövlətinin şimalında hava həyəcanının elan edildiyi barədə məlumat vermişdi.
İrandan buraxılan pilotsuz uçuş aparatları (PUA) səbəbindən İsrailin bir neçə bölgəsində hava hücumu siqnalı səsləndirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Bir qədər əvvəl İran ərazisindən İsrail istiqamətində buraxılmış PUA-ların aşkar edilməsindən sonra ölkənin bir neçə bölgəsində hava həyəcanı siqnalları işə düşüb", - deyə rəsmi açıqlamada qeyd olunub.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri təhlükənin aradan qaldırılması üçün qarşı tədbirlər görür, PUA-ların qarşısını almaq və onları məhv etmək üçün əməliyyatlar həyata keçirir.
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər həlak olub, 91 nəfər isə yaralanıb.
Liderxeber.az"The Jerusalem Post" portalına istinadən xəbər verir ki, bu barədə Milli Tibb Xidməti məlumat yayıb.
İranın səhər saatlarında İsrailə endirdiyi raket zərbələri nəticəsində iki nəfər ölüb, azı 70 nəfər isə yaralanıb.
Liderxeber.az İsrailin "Ynet" portalına istinadən xəbər verir ki, bu barədə Milli Tibb Xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, endirilən zərbələr nəticəsində azı altı bina dağıdılıb.