Вернуться назад Распечатать

İran-İsrail müharibəsi - son durum

İsrail ordusu İranın Silahlı Qüvvələrinin 20-dən çox yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.

İranın Kəşfiyyat Xidmətinin rəhbəri Qulam Reza Mərhabi, “Yer - Yer” tipli raketlərdən istifadə üzrə ixtisaslaşan hərbi birləşmənin komandanı

Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə və digər yüksək vəzifəli İran hərbçiləri zərərsizləşdirilib.

***

17:30

İran Hörmüz boğazını bağlamağı ciddi şəkildə düşünür.

***

15:59

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında bildirilib ki, İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib.


***


16:14

İran XİN bildirib ki, İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar əsassızdır

***

16:06

İranın raket zərbəsi nəticəsində 7 İsrail əsgəri yaralanıb.

***

15:42


İran ordusundan İsrailə məxsus "F-35" qırıcısının vurulduğu iddia edilib

16:25

*****

Həmədanda ölən və yaralananlar var

İsrailin İranın Həmədan vilayətinin Əsədabad şəhərinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 7 nəfər isə yaralanıb.

***

14:25

İsrail Tel-Əvivdəki Ben Qurion hava limanını növbəti xəbərdarlığa qədər bağladığını elan edib.

***

14:22

İranın Yəzd şəhərində İsraillə əməkdaşlıqda ittiham olunan beş nəfər həbs edilib.


***
14:04

SEPAH-da yeni təyinat

Məcid Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə rəhbər təyin edilib.

***

13:57

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, İsrailin İrana qarşı hərəkətləri onun üçün daha ciddi təhdidlərlə nəticələnə bilər.


***

13:52

İsraildən xəbərdarlıq

İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edərək, bildirib ki, “əgər İsrailə raketlər atılmağa davam edərsə, Tehran yanacaq”.

***

13:45

Rusiya XİN Azərbaycana təşəkkür edib

Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin teleqram kanalında bildirilib.

Qeyd olunub ki, İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi, regionun əksər ölkələrində hava məkanının bağlanması və uçuşların ləğvi fonunda oradakı Rusiya vətəndaşlarının xilas edilməsi məsələsi aktuallaşıb.

***

13:28

Dünən gecədən bəri İran İsrailə 200 ballistik raket atıb.

***

13:17

İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq edib. Bildirilib ki, həmin ölkələr İsrailə hansısa yolla kömək etsələr, hücumların növbəti hədəfləri onların Yaxın Şərqdəki bazaları olacaq.

***

13:03


Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

****

12:48

Təbrizdə yeni partlayışlar baş verib.


***


12:42

İran XİN: ABŞ-la nüvə danışıqlarının keçirilməsi barədə hələ qərar verilməyib

***
12:41

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin Hərbi Hava Qüvvələrinin İranda hədəfləri vurmağa yenidən hazır olduğunu bildirib.