Вернуться назад Распечатать

ABŞ-nin zərbələri İrandakı zənginləşdirilmiş uran ehtiyatlarına təsir etməyib

ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri onun zənginləşdirilmiş uran ehtiyatlarına təsir etməyib.

Liderxeber.az xəbər verir ki, bu barədə İran mənbəsinə istinadən "Financial Times" qəzeti məlumat verib.

"Hələ ki zənginləşdirilmiş uran ehtiyatı zədələnməyib", - mənbə bildirib.

Onun sözlərinə görə, uran ehtiyatlarını onun istehsal olunduğu yerlərdə saxlamaq sadəlövhlük olardı.

Bundan əvvəl "The New York Times" qəzeti yazıb ki, ABŞ-nin ali rəhbərliyi İranın nüvə obyektlərinə zərbələrindən sonra zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürə biləcəyindən xəbərsizdir. Onlarda olan məlumata görə, İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kq uranının yeri məlum deyil.

İyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri İranda üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana uğurla hücum həyata keçirib. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır. İsrail iyunun 13-dən İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində İrana hər gün zərbələr endirir.