Вернуться назад Распечатать

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.

Liderxeber.az xəbər verir ki, o, “X” hesabında İran xalqını İsrail üzərindəki qələbə münasibətilə təbrik edib.

İranın İsrailə ağır zərbələr endirdiyini qeyd edən dini lider müharibənin qələbə ilə bitdiyini deyib: “ABŞ-nin bu müharibədən heç bir qazancı olmadı. ABŞ İsrailin yox olacağını düşündüyü üçün bu müharibəyə daxil oldu. İran ordusu İsrailin çoxmərhələli hava hücumundan müdafiə sistemini dəf edərək onları vurmağı bacardı”, - deyə Xamanei videomüraciətində deyib.

Qeyd edək ki, 2 həftəyə yaxındır Xamaneinin harada olması böyük maraq doğurub. Bəzi mənbələr atəşkəsin əldə olunmasına baxmayaraq, ali dini liderin hələ də hədəf olduğunu iddia edirlər.

Xatırladaq ki, 13 iyunda səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksəkrütbəli hərbçi, generallar, nüvə alimləri və başqa rəsmilər ölüb. İyunun 24-nə keçən gecə ABŞ-nin dəstəyi ilə atəşkəs əldə edilib.