Rusiyada xüsusi xidmət orqanları daha bir azərbaycanlını saxlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Qeyd edilib ki, o, Sankt-Peterburq şəhərindəki evinə silahlı basqın edilərək tutulub.
32 yaşlı azərbaycanlının “Amurov Group” MMC-yə rəhbərlik etdiyi bildirilir. Mənbənin yazdığına görə, o, 46 milyon rubl (997 min manat) məbləğində dələduzluqda şübhəli bilinir.
Polisin məlumatına görə, iş adamından axtarış zamanı 175 min rubl (3800 manat) və 500 dollar götürülüb.