“Hizbullah” hərəkatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır.
Liderxeber.az bu barədə “Al Hadath”a istinadən xəbər verir.
Mənbə bildirir ki, bunun üçün İsrail Livan ərazisini tərk etməlidir: “Livan prezidenti Cozef Aunun İsrail qoşunlarının ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə qaytarılması müqabilində tərəfdarlarını tədricən tərksilah etmək və Litani çayının şimalından geri çəkmək təklifi ilə razılaşıb. Hərəkat həmçinin İsraildən təcavüz etməmək üçün güclü təminat istəyib”.