Вернуться назад Распечатать

Finlandiya Ottava Konvensiyasından çıxdı

Finlandiya "Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya"dan (Ottava Konvensiyası) çıxdığını BMT-yə rəsmi şəkildə bəyan edib.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin saytında xəbər verilib.

Bildirilir ki, qərar 2026-cı ilin yanvarında qüvvəyə minəcək.

"Finlandiya konvensiyanın humanitar məqsədlərini dəstəkləməyə davam edəcək. Qərar Finlandiyanın digər beynəlxalq hüquqi öhdəliklərinə təsir etməyəcək", - deyə bəyanatda vurğulanır.