Вернуться назад Распечатать

İsrail Qəzzada atəşkəslə bağlı HƏMAS vasitəçilərindən cavab alıb

Vasitəçilər İsrail tərəfinə Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında mümkün atəşkəslə bağlı gələcək danışıqlara dair cavabını ötürüblər.

Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Baş nazir Benyamin Netanyahunun Dəftərxanasından məlumat verilib.

"Vasitəçilər HƏMAS-ın cavabını İsrail nümayəndə heyətinə çatdırıblar. Hazırda o, diqqətlə öyrənilir", - deyə məlumatda bildirilib.