Вернуться назад Распечатать

“Bu sazişi imzalamağa hazır deyilik”

Gürcüstan rəhbərliyi Abxaziya və Cənubi Osetiya ilə güc tətbiq etməmək barədə saziş imzalamağa hazır deyil.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze danışıb. 

“Əlbəttə, hücum etməmək barədə sazişin imzalanmasına hazır deyilik. Hücum etməməyə gəldikdə, bu bizim üçün qeyri-ciddidir. Biz sadəcə bunu deyirik: ərazi bütövlüyünün bərpa edilməsi üçün yeganə vasitə dinc yolladır. Biz bunu bəyan edirik və sənəd, yaxud da saziş barədə heç bir söhbət gedə bilməz”, - deyə Baş nazir vurğulayıb. 

Onun sözlərinə görə, rəsmi Tbilisi Suxumi və Sxininvali ilə birbaşa dialoq aparmağı, eləcə də onların “müstəqilliyini” tanımağa hazırlaşmır.