Вернуться назад Распечатать

Qəzzaya hücumda məşhur telekanalın əməkdaşları həlak oldu

İsrail ordusunun Qəzzaya zərbəsi zamanı Qətərin “Əl-Cəzirə” telekanalının 5 əməkdaşı həlak olub. 

Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı telekanal yayıb. 

Bildirilib ki, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı “Əş-Şifa” xəstəxanası yaxınlığında yerləşən və içərisində jurnalistlərin olduğu çadıra zərbə endirib. 

Nəticədə telekanalın jurnalistləri Anas aş-Şarif və Məhəmməd Kreykea, eləcə də operatorlar İbrahim Zaher, Məhəmməd Nufal və Moamen Aliva həlak olublar.