Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı ərazilərin mübadiləsinin mümkünlüyünü istisna etməyib, lakin Ukrayna konstitusiyasının buna maneə yaratdığı vurğulayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Avropa rəsmilərinə istinadən məlumat yayıb.
V.Zelenski əhalinin köçürülməsi zərurəti və qanuni məhdudiyyətlər səbəbindən belə planların həyata keçirilməsinin çətinliyini vurğulayıb.
"Volodimir Zelenski proporsional mübadilələri nəzərdən keçirə biləcəyini söyləyib", - nəşr qeyd edib.
V.Zelenski, həmçinin bildirib ki, ərazi məsələsini yalnız Rusiya Prezidenti Vladimir Putinlə şəxsi görüşdə müzakirə edə bilər.