İran və Ermənistan Araz çayı üzərindən ikinci sərhəd körpüsünün inşası barədə razılığa gəliblər.
Liderxeber.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İrəvanda "Tasnim" agentliyinə bildirib.
Onun sözlərinə görə, tərəflər, həmçinin mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının abadlaşdırılması barədə razılığa gəliblər:
"Bu addımlar yükdaşımalarının asanlaşmasına və hərtərəfli tranzit paketinin formalaşmasına töhfə verəcək".
Nazir qeyd edib ki, Ermənistanda aparılan danışıqlarda dəmiryol layihələrinə xüsusi diqqət yetirilib:
"Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı ilə bağlı strateji plan razılaşdırılıb ki, bunun da region ölkələri arasında tranzit əlaqələrində səmərəli rol oynayacağı ehtimal olunur".