Вернуться назад Распечатать

Ukraynada MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb

Ukraynada "MiQ-29" qırıcı təyyarəsi qəzaya uğrayıb, nəticədə pilot mayor Sergey Bondar həlak olub.

Liderxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri rəsmi açıqlama yayıb.

"2025-ci il avqustun 23-də gecə saatlarında döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı "MiQ-29" qırıcı təyyarəsinin pilotu, 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar faciəli şəkildə həyatını itirib", - deyə açıqlamada bildirilib.

Hərbi qurum əlavə edib ki, qəzanın səbəbləri və təfərrüatı araşdırılır.