Вернуться назад Распечатать

Tramp Qəzzadakı münaqişənin iki-üç həftəyə həll olunacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Qəzza zolağında münaqişəni iki-üç həftə ərzində tamamilə həll etmək mümkün olacaq.

Liderxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, D.Tramp bu barədə Ağ Evdə Cənubi Koreyanın yeni seçilmiş Prezidenti Li Çje Myonla görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Düşünürəm ki, yaxın iki-üç həftə ərzində biz münaqişə üzrə yaxşı yekun nəticəyə gələcəyik. Onlar min illərdir mübarizə apardıqları üçün bu barədə danışmaq çətindir, ora həmişə gərginlik ocağı olub", - deyə D.Tramp əlavə edib.