Вернуться назад Распечатать

Cammuya düşən yağıntının miqdarı son 115 ilin rekordunu yenilədi

Hindistanın Cammu şəhəri və ətraf ərazilərə son 24 saat ərzində yağan yağışın miqdarı təxminən birəsrlik rekordu qırıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "The Hindustan Times" məlumat yayıb.

Meteoroloqların məlumatına görə, son 24 saat ərzində bölgəyə 380 mm yağıntı düşüb ki, bu da ortaaylıq 403.1 mm göstəriciyə yaxındır. Bu, 1910-cu ildən, burada müşahidələrin başladığı vaxtdan bəri bu dağlıq bölgə üçün rekord göstəricidir. Son rekord - 270.4 mm - 25 sentyabr 1988-ci ildə qeydə alınıb.

Leysan torpaq sürüşməsinə və daşqınlara səbəb olub. Su basmış ərazilərdən minlərlə insan təxliyə edilib. Xilasetmə əməliyyatlarının aparılması üçün ordu cəlb edilib. Ən azı 32 nəfərin öldüyü bildirilir.

Cammunun bəzi əraziləri ciddi şəkildə zədələnib. Körpülər, binalar dağıdılıb, yollar su altında qalıb, elektrik xətləri kəsilib. Yerli hakimiyyət orqanları qasırğanın vurduğu ziyanın qiymətləndirilməsini həyata keçirir.