Fransa, Almaniya, Böyük Britaniya Xarici İşlər nazirlikləri, eləcə də Avropa İttifaqının diplomatik xidmətlərinin rəhbərləri bu gün İrana qarşı sanksiyaların bərpa ediləcəyinə dair ABŞ dövlət katibi Marko Rubioya məlumat veriblər.
Liderxeber.az xəbər verir ki, bu barədə "Axios" portalı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu yolla Avropa ölkələri Tehrana iqtisadi təzyiqi artırmağı hədəfləyirlər.
Xatırladaq ki, Tehranın nüvə proqramı üzrə danışıqların uğursuz olduğunu əsas gətirən Böyük Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlanacağına dair anons vermişdilər. Beləliklə 30 gün sonra İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar qüvvəyə minəcək.