Вернуться назад Распечатать

Rusiyalı diplomat Polşa XİN-ə çağırıldı

Rusiyanın Polşadakı Səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

Liderxeber.az xəbər verir ki, diplomat bu barədə “RİA Novosti”yə bildirib.

Ordaşın sözlərinə görə, o, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırılıb.

Xatırladaq ki, Polşada hava məkanının pilotsuz uçuş aparatları ilə pozulması faktı qeydə alınıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb. Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

Polşanın Baş naziri Donald Tusk isə ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarının Rusiyaya məxsus olduğunu bildirib.