Вернуться назад Распечатать

Yerdə son üç ayın ən güclü maqnit qasırğası başlayıb

Yer kürəsində son üç ayın ən güclü maqnit qasırğası müşahidə olunur.

Liderxeber.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilir ki, səhər saatlarından başlayan maqnit dalğalanmaları əvvəlcə G3 (güclü fırtına) səviyyəsinə çatıb, daha sonra isə G2-yə qədər enib. Hadisə Yer kürəsinin Günəşin tac dəliyinin təsir zonasına düşməsi nəticəsində Günəş küləyinin sürətinin əhəmiyyətli dərəcədə artması fonunda baş verib.

Alimlərin sözlərinə görə, maqnit fəallığının gücü əvvəlcədən ümumi şəkildə proqnozlaşdırılsa da, qasırğanın gücü gözlənilməz olub və hazırkı hesablamaları üstələyib.

Proqnozlara əsasən, geomaqnit vəziyyətində dalğalanmalar Günəş küləyinin təsirinin başlamasından sonra ən azı dörd-altı gün davam edəcək. Vəziyyətin tam normallaşması yalnız sentyabrın 18-19-da gözlənilir. Bununla belə, fasiləsiz maqnit fırtınaları olmayacaq, hadisə bir neçə saat davam edən ayrı-ayrı partlayışların uzun seriyası şəklində müşahidə ediləcək.

Mütəxəssislər hazırkı lokal fırtınanın günorta və ya axşam saatlarında zəifləyəcəyini ehtimal edirlər.