Вернуться назад Распечатать

HƏMAS və İsrail mübadilə üçün siyahıları bir-birinə təqdim etdilər

Fələstinin HƏMAS hərəkatı və İsrail vasitəçilərlə Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilməsi planlaşdırılan girov və məhbusların siyahılarını bir-birinə təqdim ediblər.

Liderxeber.az-ın HƏMAS-ın "Telegram" kanalına istinadən verdiyi xəbərə görə, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Taher ən-Nunu məlumat verib.

"Bu gün biz əvvəllər razılaşdırılmış meyarlara uyğun olaraq azad ediləcək girov və məhbusların siyahılarının mübadiləsini apardıq", - deyə o bildirib.

HƏMAS nümayəndəsi vurğulayıb ki, İsrailə verilən siyahılarda fələstinli məhbusların "razılaşdırılmış sayı" göstərilib, lakin radikalların məhz nə qədər insanın azad olunmasını tələb etdiyi bildirməyib.