Вернуться назад Распечатать

Türkiyənin "YouTube" səhnəsində şok: Enes Batur kanalını sildi, Ruhi Çenet lider oldu

Türkiyənin "YouTube" səhnəsində böyük dəyişiklik baş verib. Uzun illər "YouTube kralı" kimi tanınan Enes Batur platformadakı 16 milyon izləyicisi olan kanalını bağlamaqla hər kəsi təəccübləndirib.

Liderxeber.az-ın verdiyi məlumata görə, Enes Batur emosional qərarı keçmiş sevgilisi Başak Karahanın ailə qurduğu gün verib.

Baturun bu addımı sosial şəbəkələrdə böyük səs-küy yaradıb və geniş müzakirələrə səbəb olub.

Onun yerinə isə 15.8 milyon abunəçisi olan Ruhi Çenet platformada birinci yerə yüksəlib.