Вернуться назад Распечатать

HƏMAS bu gün onları sərbəst buraxacaq - Siyahı

Fələstinin HƏMAS hərəkatı bu gün sərbəst buraxmağı planlaşdırdığı israilli girovların siyahısını açıqlayıb.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda 20 israilli şəxsin adı yer alıb. 

Həmin girovların yaxın saatlarda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriləcəyi gözlənilir. 

“Al Aqsa” telekanalı BQXK əməkdaşlarının artıq girovların təhvil veriləcəyi əraziyə yollandığını bildirib.

Onu da qeyd edək ki, İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində İsrail təqribən 2000 fələstinli məhbusu azad edəcək. Onlardan əksəriyyəti Qəzzaya və yaxud qonşu ölkələrə göndəriləcək.