Вернуться назад Распечатать

Məşhur mebel şirkətinin rəhbəri BMT-də yüksək vəzifəyə namizəd kimi irəli sürüldü

İsveç evlər və ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan IKEA şirkətinin istefa verən rəhbəri Yesper Brodini BMT-nin Qaçqınlar üzrə növbəti Ali Komissarı vəzifəsinə namizəd kimi irəli sürüb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Brodin "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Hökumətin məni xatırlamasından yaxşı mənada təəccübləndim, çünki bir biznes liderin irəli sürülməsi olduqca qeyri-adi təcrübədir… Biz cəmiyyətdəki maneələri aradan qaldırmalıyıq, istər iqlim məsələləri, istərsə də qaçqınlar olsun", - deyə Brodin qeyd edib.

O əlavə edib ki, BMT dəyişikliklərə məruz qalır, buna görə də təşkilata bir çox ölkələri əhatə edən böyük təşkilatlarda iş təcrübəsi olan liderlər lazımdır. Onun sözlərinə görə, İsveç hökuməti onun 43 ölkədə 170 min işçisi olduğu bir şirkətə rəhbərlik təcrübəsi olduğu üçün bu addımı atıb.

Komissarı namizədlər arasından BMT-nin Baş katibi Antonio Quterreş seçəcək, daha sonra namizədlik BMT Baş Assambleyasında səsvermədə təsdiqlənməlidir.