Вернуться назад Распечатать

Lyayen: "Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmasa Aİ-yə daxil ola bilməyəcək"

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Serbiyadan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmağı tələb edib. Onun sözlərinə görə, əks halda Brüssel Belqradı etibarlı tərəfdaş hesab edə bilməyəcək

Liderxeber.az xəbər verir ki, o, bunu Serbiyaya səfəri zamanı mətbuat konfransında bəyan edib.

Fon der Lyayen bildirib ki, Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması onun birliyə daxil olması imkanını heçə endirir.

Avropa Komissiyasının başçısı deyib: "Serbiyanın Aİ-yə qoşulmaq üçün konkret addımlar atmaq vaxtı çatıb".