Ermənistanın Antikorrupsiya Komitəsinin əməkdaşları Gümrü bələdiyyəsində əməliyyat tədbirləri keçirirlər.
Liderxeber.az-ın məlumatına görə, bu barədə Ermənistan KİV məlumat yayıb.
Güc strukturlarının ziyarətinin səbəbi hələlik dəqiqləşdirilmir, lakin son aylarda hüquq-mühafizə orqanlarının diqqətini dəfələrlə şəhərin müxalifətçi meri Vardan Qukasyanın cəlb etdiyi məlumdur.
Qukasyanın köməkçisinin "ABC Media"ya bildirdiyinə görə, bələdiyyəyə 60-70 nəfər daxil olub və məmuru yerə yatıraraq saxlayıblar.
Onun sözlərinə görə, bələdiyyə binasında mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə polisin baş idarəsinin əməkdaşları var.