Вернуться назад Распечатать

“NATO-nun müttəfiqləri Rusiya ilə müharibəyə hazırlaşır”

“Moskva NATO-nun Avropa müttəfiqlərinin Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşdığını müşahidə edir”.

Liderxeber.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclasında bəyan edib.

Narışkinın sözlərinə görə, onların qarşısında alyansın sürətli reaksiya qüvvələrini mümkün qədər qısa müddətdə zəruri silah və resurslarla təmin etmək vəzifəsi durur: “Avropanın hərbi-sənaye kompleksi istehsalın dəfələrlə artırılması rejiminə keçirilib, müntəzəm olaraq səfərbərlik ssenariləri hazırlanır”.

Rusiya rəsmisi həmçinin bildirib ki, Avropanın əsas problemi həll olunmamış qalır. Bu isə lazımi fiziki hazırlığa və psixoloji dayanıqlığa malik kifayət qədər səfərbərlik ehtiyatını tapmaqla bağlıdır.

“Avropa rəhbərliyinin daha bir baş ağrısı - cəmiyyətdə, xüsusilə gənclər arasında sosial apatiya və hakim elitadan narazılığın geniş yayılması ilə bağlıdır. Brüssel, Paris və Berlin həmçinin Rusiya ilə müharibə başlayacağı təqdirdə ABŞ-nin Vaşinqton müqaviləsinin beşinci maddəsi çərçivəsində öz öhdəliklərini yerinə yetirib-yetirməyəcəyindən narahatdır. Buna görə də Avropa xarici siyasət xidmətinin etiraf etdiyi kimi, ölkəmizə qarşı strateji üstünlük əldə etmək hesablamaları illüziyadan başqa bir şey deyil”, - deyə o əlavə edib.