"Coca-Cola" şirkəti ABŞ-də qamış şəkəri defisiti ilə üzləşib ki, bu da ölkə ərazisində içkilərdə qarğıdalı şərbətinin daha təbii inqrediyentlə əvəz olunmasını çətinləşdirir.
Liderxeber.az-ın məlumatına görə, bu barədə şirkətin prezidenti və maliyyə direktoru Con Mörfi "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
"ABŞ-də yalnız müəyyən miqdarda qamış şəkəri mövcuddur", - deyə o bildirib.
Mörfinin sözlərinə görə, bu, "Coca-Cola"nın tərkibində qamış şəkəri olan içkilərinin istehsalı imkanlarını məhdudlaşdırır, bu səbəbdən içkinin amerikan variantının resepti zamanla dəyişəcək. Bundan əlavə, o, həmçinin şüşə butulkaların çatışmadığını da qeyd edib