Вернуться назад Распечатать

Tramp Putinlə görüşü ləğv etdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşün Vaşinqton tərəfindən ləğv edildiyini açıqlayıb.

Liderxeber.az-ın məlumatına görə, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Bunu düzgün hesab etmədim”, – deyə Tramp görüşün ləğv səbəbi barədə bildirib.

Prezident əlavə edib ki, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların sərtləşdirilməsi qərarı da təsadüfi deyil. Onun sözlərinə görə, bu addımın vaxtı artıq yetişmişdi.

Tramp, həmçinin, yeni neft sanksiyalarının Vladimir Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini vurğulayıb.