Вернуться назад Распечатать

Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionu tikiləcək

Səudiyyə Ərəbistanında dünyanın ilk asma stadionunun tikilməsi planlaşdırılır.

Liderxeber.az bu barədə "Paris Match" nəşrinə istinadən xəbər verir.

Arena yer səviyyəsindən 350 metr yüksəklikdə yerləşəcək. Qeyd edilir ki, 2034-cü il dünya çempionatının oyunları orada keçirilə bilər.

Stadion 46 min azarkeş tutumuna malik olacaq. Onun tikintisinin 2032-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, futbol üzrə 2034-cü il dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.