Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Cənubi Koreyanın Busan şəhərində keçirilən danışıqlar bir saat 40 dəqiqədən sonra başa çatıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Kanal hələlik liderlərin görüşünün təfərrüatını açıqlamayıb.
Danışıqların əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin mütərəqqi inkişafına çağırıb. O, həmçinin Çin və ABŞ-nin əsas ticarət və iqtisadi fikir ayrılıqlarının həlli ilə bağlı əsas konsensusa gəldiklərini qeyd edib. Tramp da öz növbəsində Si Cinpinlə görüşünün çox uğurlu olacağına əminliyini bildirib.
"Reuters" agentliyi Trampın danışıqlardan sonra birgə bəyanat vermədiyini və dərhal xüsusi təyyarəsinə doğru getdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp və Si Cinpin 2019-cu ildə Osakada keçirilən G20 sammiti çərçivəsində görüşmüşdülər.