Вернуться назад Распечатать

Ermənistanda əsgərlik müddətinin azaldılmasına dair qanun layihəsi təsdiqləndi

Ermənistan Nazirlər Kabineti hərbi xidmət müddətinin azaldılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Bu barədə Liderxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir.

Məlumata görə, sənəd təcili qaydada müzakirə üçün parlamentə təqdim ediləcək.

Milli Məclis tərəfindən qəbul ediləcəyi halda, 2026-cı il yanvarın 1-dən məcburi hərbi xidmət müddəti bir il yarım təşkil edəcək. Qanun geridönüş qüvvəsinə malik olmayacaq.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkədə məcburi hərbi xidmət müddətinin iki ildən 18 aya qədər azaldılacağını bəyan etmişdi.