Вернуться назад Распечатать

Cənubi Koreyada elektrik stansiyasının qülləsi uçub: Yeddi nəfər dağıntılar altında qalıb

Noyabrın 6-da gündüz saatlarında Cənubi Koreyanın Ulsan şəhərində "Korea East-West Powe"r şirkətinə məxsus istilik elektrik stansiyasının ərazisində 60 metrlik qazanxana qülləsinin konstruksiyası uçub.

Liderxeber.az xəbər verir ki, bu barədə chosun.com məlumat yayıb. Yeddi fəhlə dağıntılar altında qalıb.

Yerli vaxtla təxminən saat 14:00-da metal dayaqların kəsilməsi zamanı tikili uçub və orada olan fəhlələr dağıntıların altında qalıb. Xilasetmə xidmətinin məlumatına görə, iki fəhlə xilas edilib, yeddi nəfər hələ də dağıntılar altında qalır. Axtarışlar davam edir. Hadisə yerinə yanğınsöndürənlər, polis və mühəndis bölmələri də daxil olmaqla yüzdən çox adam cəlb edilib.

Yerli xilasetmə xidmətinin nümayəndələrinin bildirdiyinə görə, Ulsandakı elektrik stansiyası ölkənin enerji sistemindəki ən köhnə obyektlərdən biridir. O, ekoloji təmiz enerji mənbələrinə keçid proqramı çərçivəsində istismardan çıxarılır. İstilik elektrik stansiyasının turbinləri üçün buxar istehsal etmək məqsədilə istifadə olunan qüllə təxminən 30 il işləyib və oktyabr ayından istismara yararsızlığı səbəbindən sökülürdü.