ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtondan Tehrana qarşı tətbiq olunan sanksiyaların ləğv olunmasını xahiş edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"İran tərəfi sanksiyaların aradan qaldırılıb-qaldırılmayacağını soruşub. Bu ölkə hazırda ABŞ-nin çox ciddi sanksiyaları altındadır və bu onların bir çox planlarını həyata keçirməsini çətinləşdirib. Mən onları dinləməyə hazıram, nə olacağını görəcəyik. Bunu etməyə hazıram", - deyə ABŞ lideri bu gün açıqlamasında qeyd edib.
ABŞ prezidenti Suriyaya qarşı sanksiyaların ləğv edilməsi ilə Tehrana bir şans verdiklərini və İranın bu istiqamətdə "indiyədək yaxşı iş gördüyünü" də vurğulayıb.