Вернуться назад Распечатать

Balıkesirdə ardıcıl iki güclü zəlzələ oldu

Türkiyənin Balıkesir bölgəsində noyabrın 10-a keçən gecə dalbadal iki güclü zəlzələ baş verib.

Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sındırgı rayonunda gecə baş verən 4.5 bal gücündə zəlzələ səhər saatlarında eyni maqnitudada növbəti təkanla müşayiət olunub.

Hər iki zəlzələnin episentrinin Sındırgı olduğu müəyyən edilib.

Əsas təkanlardan sonra bölgədə 3.9, 3.6 və 3.4 bal gücündə afterşoklar qeydə alınıb. Yeraltı təkanlar Balıkesir şəhər mərkəzi, Bursa və ətraf vilayətlərdə hiss olunub.

Yerli rəsmilər bölgədə baş verən zəlzələlərdən sonra vətəndaşları ehtiyatlı olmağa çağırıb.

İtki və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.