Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Dubayın ardınca növbəti eksklüziv şokolad buraxılıb.
Liderxeber.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, yeni "Abu Dhabi Chocolate" şokoladı filippinli şef-aşpaz Nuel Katis tərəfindən hazırlanıb.
Şokoladın özəlliyi içində xurma və küncüt əzməsindən ibarət olmasıdır, həmçinin ədviyyat olaraq zəfəran və hil əlavə edilib. Şokolad yeyiləbilən qızıl zərlə örtülüb.
BƏƏ-də Dubayın püstəli pastası və kadayıf xəmirindən hazırlanmış şokoladı 2024-cü ilin yayında internetdə sensasiya yaratmışdı. "Duty Free" mağazalarının məlumatına görə, 2025-ci ilin ilk yarısında Dubayda bu desertdən 45 milyon dollar dəyərində 2.5 milyon şokolad satılıb.