Вернуться назад Распечатать

İmmun sistemini cavanlaşdıran iki məhsul - Araşdırma

Alimlər müntəzəm olaraq nar və qoz yeməyin immun sisteminin cavanlaşmasına kömək etdiyi qənaətinə gəliblər.

Liderxeber.az bu barədə "Nature Aging" jurnalına istinadən xəbər verir.

Tədqiqat göstərib ki, bu məhsullar hüceyrələrin vəziyyətini yaxşılaşdırır, onlara enerji mənbəyi kimi yağ turşularından səmərəli istifadə etməyə kömək edir.

Təcrübə zamanı iştirakçılar 28 gün ərzində kiçik porsiyalarda nar və qoz yeyiblər. Nəticələr hüceyrə tükənməsi əlamətlərinin azalmasını və hüceyrə metabolizminin yaxşılaşmasını göstərib.

Eyni zamanda, mütəxəssislər bu məhsulları həddindən artıq qəbul etməməyi məsləhət görürlər. Qeyd olunur ki, nar və qoz gündəlik rasiona lazımi miqdarda əlavə edilməlidir.