Avropa İttifaqı (Aİ) Çin barədə siyasi ritorikanı yumşaltmaq qərarına gəlib ki, Pekindən nadir torpaq materialları üçün ixrac lisenziyaları alsın.
Liderxeber.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti xəbər verir.
Mənbələrə istinadən verilən məlumata görə, Pekinin nadir torpaq elementləri üzərində "boğucu" nəzarətinin təzyiqi altında və "Nexperia" mikroçip istehsalçısı ətrafında artan münaqişə fonunda, Aİ rəsmilərinə Çinə qarşı açıq bəyanatları yumşaltmaq tövsiyə olunub.
Qeyd olunur ki, Brüssel deeskalasiya rejimindədir, çünki Çini yüksəktexnologiyalı istehsal üçün həyati əhəmiyyətli mineralların ixracı üçün daha çox lisenziya verməyə, həmçinin Çin şirkəti "Nexperia"dan çip tədarükünü təmin etməyə inandırmağa çalışır.
Qəzetin məlumatına görə, hazırda Aİ və Çin nadir torpaq elementlərinin ixracı üçün vahid lisenziyalaşdırma proseduru barədə razılığa yaxındırlar. Maraqlı olan şirkət, materialların hərbi tətbiqinin nəzərdə tutulmadığı təqdirdə, illik ixrac lisenziyası ala biləcək. Çin ixrac qaydalarını sərtləşdirdikdən sonra yalnız üçaylıq lisenziyaların alınması mümkündür.