Finlandiyanın Tampere şəhərində pilotsuz elektrik avtobusu hərəkətə başlayıb.
Liderxeber.az bu barədə "Xinhua" agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu, ölkədə sürücüsüz nəqliyyat vasitəsinin ilk dəfə rəsmən ictimai nəqliyyat sisteminin daimi hissəsinə çevrildiyi haldır.
Avtobus 12 sərnişin üçün nəzərdə tutulub və uşaq arabalarını da daşıya bilir.
İlkin mərhələdə avtobusda təhlükəsizlik işçisi olacaq, lakin 2026-cı ilin yazından etibarən onun tamamilə avtonom rejimdə işləməsi planlaşdırılır.
Bundan sonra onun hərəkətinə uzaqdan idarəetmə mərkəzindən nəzarət ediləcək.