Вернуться назад Распечатать

HƏMAS BMT TŞ-nin Qəzza ilə bağlı qətnaməsini rədd elədi

Fələstinin HƏMAS hərəkatı BMT Təhlükəsizlik Şurasının (TŞ) ABŞ prezidentinin Qəzza zolağı ilə bağlı planını dəstəkləyən qətnaməsini Fələstin xalqının maraqlarına cavab verməyən sənəd kimi rədd edib.

Liderxeber.az xəbər verir ki, HƏMAS-ın bəyanatında belə deyilir.

"Bu qətnamə Fələstin xalqının, xüsusilə də artıq iki ildir onun məhv edilməsinə yönəlmiş amansız müharibədən əziyyət çəkən və bütün dünyanın gözü qarşısında işğalçı qüvvələr tərəfindən törədilən misli görünməmiş cinayətlərin qurbanı olan Qəzza sakinlərinin siyasi və humanitar tələblərini və hüquqlarını büsbütün görməzdən gəlir", - bəyanatda deyilir.

HƏMAS, həmçinin Qəzza zolağında beynəlxalq himayə mexanizminə və beynəlxalq qüvvələrin mövcudluğuna qarşı çıxıb.

"İstənilən beynəlxalq qüvvələr, əgər yaradılırsa, yalnız tərəfləri ayırmaq və atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək üçün sərhəddə yerləşdirilməlidir", - bəyanatda bildirilir.

Daha əvvəl BMT TŞ ABŞ-nin Qəzza zolağı üzrə sülh planını dəstəkləyən layihəsini qəbul edib. TŞ-nin 15 üzvündən 13-ü sənədin lehinə səs verib. Rusiya və Çin isə bitərəf qalıblar.

09:40

"Fələstin ABŞ-nin BMT Təhlükəsizlik Şurasının (TŞ) Qəzza zolağındakı münaqişənin həllinə dair qəbul etdiyi qətnaməni alqışlayır və bildirir ki, onun həyata keçirilməsində məsuliyyəti öz üzərinə götürməyə hazırdır".

Liderxeber.az WAFA agentliyinə istinadla xəbər verir ki, Fələstin Milli Administrasiyasının (FMA) yaydığı bəyanatda belə deyilir.

"Fələstin Dövləti xalqımızın Qəzza zolağında normal həyata qayıdışını və qorunmasını təmin etmək üçün bu qətnamənin yerindəcə dərhal yerinə yetirilməsinin təxirəsalınmaz vacibliyini vurğulayır", - deyə bəyanatda qeyd olunub.

Fələstin Dövləti Qəzza zolağında ərazi, xalq və təsisatların vahidliyi çərçivəsində məsuliyyəti tamamilə öz üzərinə götürməyə hazır olduğunu təsdiqləyib və Qəzzanı Fələstin Dövlətinin ayrılmaz hissəsi hesab edib.

FMA bəyan edib ki, bu qətnamənin icrasını təmin etmək üçün ABŞ Administrasiyası, BMT TŞ-nin üzvləri, ərəb və islam dövlətləri, Aİ ölkələri, BMT və bütün tərəflərlə əməkdaşlıq etməyə hazırdır.

Xəbər verildiyi kimi, BMT Təhlükəsizlik Şurası çərşənbə axşamına keçən gecə ABŞ-nin təklif etdiyi qətnamə layihəsini təsdiqləyib.

Qətnamə Qəzza zolağının sərhədlərini qorumaq və tərk-silah olunmasını təmin etmək üçün İsrail, Misir və yeni Fələstin polisi ilə əməkdaşlıq edəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (BSQ) yaradılmasını, həmçinin 2027-ci ilə qədər anklavda keçid hökuməti funksiyasını yerinə yetirəcək "Sülh Şurası"nın formalaşdırılmasını nəzərdə tutur. Şuraya ABŞ Prezidenti Donald Trampın rəhbərlik edəcəyi gözlənilir.