Вернуться назад Распечатать

Dünyanın ən bahalı ticarət küçələri açıqlandı

Londondakı Nyu-Bond küçəsi 2025-ci ildə dünyanın ən bahalı ticarət küçəsi olub.

Liderxeber.az bildirir ki, bu barədə məlumat "Cushman & Wakefield"ın illik hesabatında yer alıb.

Məlumata görə, Nyu-Bond reytinqin ötənilki lideri Montenapoleone küçəsini (Milan) birinci yerdən sıxışdıraraq, dünyanın ən bahalı ticarət küçələri reytinqində ilk pillədə qərarlaşıb.

Qeyd edilir ki, Nyu-Bondda ticarət obyektlərinin illik icarə haqqı 22% artaraq, bir kvadratmetrə görə 20 482 avro təşkil edib.

Reytinqin ikincisi olan Montenapoleone küçəsindədə icarə haqqı qiymətləri bir kvadratmetrə görə 20 min avro olub.

Siyahıda ilk üçlüyü isə Nyu-Yorkun Beşinci prospekti (Fifth Avenue) tamamlayır. Burada icarə qiymətlərinin səviyyəsi bir kvadratmetrə görə 18 360 avro təşkil edib.

Qeyd edək ki, "Cushman & Wakefield" 35 ildir ki, "Dünyanın əsas ticarət küçələri" reytinqini tərtib edir. 2025-ci ildə bu reytinqə 141 şəhər daxil edilib. Reytinqdəki küçələrin 58%-ində icarə haqqının artdığı qeydə alınıb.