Вернуться назад Распечатать

DÇ-2026 keçirilməyə bilər - Səbəb Trampın imzaladığı fərmandır

DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Haiti millisinin azarkeşləri komandalarını dəstəkləməkdən məhrum oluna bilər.

Liderxeber.az "Daily Mail"ə istinadən xəbər verir ki, iyun ayında Donald Trampın imzaladığı fərmana əsasən vətəndaşlarının ABŞ-yə girişi qadağan edilən 12 ölkədən biri Haitidir.

Fərmanda idmançıların, məşqçilərin və idman komandalarının yarışlara buraxılması ilə bağlı xüsusi maddə var. Lakin Haiti azarkeşləri üçün hər hansı xüsusi müddəaların tətbiq edilib-edilməyəcəyi hələ məlum deyil.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadaya turnirin keçirilməsinə icazə verilməzdən bir il əvvəl, 2017-ci ildə FIFA prezidenti Canni İnfantino hər hansı bir komandanın azarkeşlərinin dünya çempionatının keçirildiyi ölkəyə girişi olmadığı təqdirdə turnirin keçirilməyəcəyini bildirmişdi.

Xatırladaq ki, Haiti millisi Nikaraquanı 2:0 hesabı ilə məğlub etməklə dünya çempionatının final mərhələsinə vəsiqəni rəsmiləşdirib.