Вернуться назад Распечатать

Silahlılar Nigeriyada 200-dən çox şagirdi oğurlayıblar

Nigeriyanın Müqəddəs Məryəm katolik məktəbində kütləvi insan oğurluğu baş verib.

Liderxeber.az xəbər verir ki, silahlılar gecə hücum edərək 215 qız şagirdi və 12 müəllimi özləri ilə aparıblar.

Hadisə təhsil müəssisəsinin rəhbərliyinin hökumətin məktəbin bağlanması tələbini nəzərə almamasından sonra baş verib.

Son məlumatlara görə, oğurlanmış bəzi şagirdlər əsirlikdən qaçmağa müvəffəq olublar.