Вернуться назад Распечатать

Suriyada güclü partlayış: Ölən və yaralananlar var

Suriyanın şimal-qərbindəki İdlib əyalətində anbarda baş verən partlayış nəticəsində beş nəfər ölüb, doqquz nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Liderxeber.az bu barədə Daxili Təhlükəsizlik Qüvvələri Komandanlığına istinadən məlumat verib.

Hadisənin nəticələrinin aradan qaldırılması üçün müvafiq qurumların əməkdaşları ərazidə işləyirlər.

16:58

Suriyanın şimal-qərbindəki İdlib bölgəsində güclü partlayış baş verib.

Bu barədə Liderxeber.az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, İdlibin şimalındakı Kefertaharim ərazisində səbəbi hələlik məlum olmayan güclü partlayış səsi eşidilib. Partlayışdan sonra ərazidən qatı tüstü dumanı yüksəlib.

Suriyanın "İhbariye" dövlət televiziya kanalı partlayış nəticəsində beş mülki şəxsin həyatını itirdiyini bildirib.

Əraziyə mülki müdafiə qrupları göndərilib.

Dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.